Azərbaycanda İsrail səfirliyinə hücuma cəhdin arxasında İran dayanır.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen deyib.
Hazırda Serbiyada səfərdə olan israilli nazirin sözlərinə görə, Azərbaycanda məğlub edilən terror qruplaşması İrandan maliyyələşib və təlimat alıb.
Kohen Serbiyanı İran terror qruplarına qarşı hərəkətə keçməyə çağırıb:
“İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq”.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi