Rusiya F-16 qırıcılarının Ukraynaya verilməsini Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndirəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hərbi əməliyyat zamanı hərbçilərimiz təyyarələrin nüvə silahını çatdırmaq üçün təchiz edilib-edilmədiyini anlaya bilməyəcək. Ukrayna ordusunda bu cür sistemlərin meydana çıxması faktı bizim tərəfimizdən Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndiriləcək”, - o bildirib.
Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı sualı cavablandıran Lavrov xatırladıb ki, bu cür silahlardan istifadə ssenariləri Rusiya Hərbi Doktrinasında aydın şəkildə müəyyən edilib:
“Eyni zamanda, qeyd edim ki, ABŞ və onun NATO peykləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə doludur”.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi