Zəngilan rayonunun Ağalı kəndi ilə bağlı yeni videoçarx hazırlanıb.
BUTA.TV xəbər verir ki, çarxı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi hazırlayıb.
Vaxtilə vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir. Torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündən isə 1 il keçir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və buruda insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il, 19 iyulda ağalılar öz qayıdışlarının 1-ci ilini qeyd edəcəklər.
Videoda böyük qələbimizlə azadlığına qovuşan kəndin 2020-ci ildəki ürəkdağlayan görüntüləri ilə bugünkü fərəhli mənzərələrini müqayisəli şəkildə diqqətinizə təqdim edirik.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi