Türkiyənin “Otokar” şirkəti ALPAR ağır yük daşıyan pilotsuz yerüstü nəqliyyat vasitəsini nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.
“Bu pilotsuz nəqliyyat hərbçilərin müxtəlif döyüş tapşırıqları üçün faydalı olacaq: düşməni məhv etməkdən tutmuş sursatların çatdırılmasına qədər...” - məlumatda deyilir.
Maksimum yüklənmə çəkisi 15 ton olan avtomobil avtonom və süni intellekt sistemləri ilə aşağıdakı problemləri həll etmək üçün nəzərdə tutulmuşdur:
- Döyüş meydanında şəxsi heyətin riskinin azaldılması;
- Süni intellekt və məlumatların təhlilindən istifadə etməklə sahədə işçilərin sayını azaltmaqla tapşırıqların icrasını uğurla artırmaq;
- Döyüş meydanındakı pilotsuz uçuş aparatları və digər elementlərlə əlaqə quraraq döyüş sahəsində səmərəliliyi artırmaq.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi