Çində şagirdlərini zəhərləyən müəllim edam olunub.
BUTA.TV xəbər verir ki, müəllim Vanq Yun Henan əyalətində xalq məhkəməsinin qərarı ilə işlədiyi məktəbdəki şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə, 25 nəfərin zəhərlənməsinə səbəb olduğu üçün edam edilib.
Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən bunu törətdiyini iddia edib. Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi