Azərbaycanlı qanuni oğru, kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan Hacıbaba Talıbxanlı yenidən məhkəmə qarşısına çıxarılacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ittiham olunur.
Bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) Moskva İdarəsinin nümayəndəsi məlumat verib.
Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra taclandırılıb. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra qanuni oğru məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib. O, iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi