Rusiya Xersonda Ukrayna Silahlı Qüvvələrinə məxsus üç kateri məhv etdiyini bildirib.
BUTA.TV xəbər verir ki, regionun fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi həmin qayıqların Dnepr çayını keçmək istərkən vurulduğunu açıqlayıb. Məlumatda o da bildirilir ki, Rusiyanın “Dnepr” qoşun qruplaşmasının birləşmələri 12 ukraynalı hərbçini də öldürüb.
“Xerson istiqamətində Rusiya Ukraynanın sutka ərzində 120 mm-lik minaatan ekipajı və "Msta-B" qaubitsasını, Dudçan vilayətinin Kaxov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin doqquz hərbçisini məhv edib”, - deyə məlumatda bildirilib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi