Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmasa da, Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında keçirlən Brüssel görüşləri haqda qeyd edib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarının birində Brüsselin vasitəçiliyini sətiraltı tənqid etmişdi. Ancaq Paşinyan bu tənqidinə rəğmən, Brüssel formatından imtina etmək istəmir. Çünki o da anlayır ki, Ermənistanla Azərbaycan arasında nə zamansa sülh sazişi imzalansa, Cənubi Qafqazın inkişafını təmin edəcək istiqamətlərdən biri Avropa Birliyi ilə sıx inteqrasiya olacaq”, - o bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş baş tutacaq.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi