Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna – rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.
BUTA.TV xəbər verir ki, Xocalı aeroportu önündən yayılan aksiya kadrlarında xüsusilə diqqət çəkən orada asılan “bayraqlar”dır. Belə ki, təqdim etdiyimiz foto və videodan ərazidə Rusiya bayrağı ilə yanaşı Ermənistanın bayrağı və Qarabağdakı separatçıların əski parçasının da asıldığı görünür.
Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Rusiya tanıyır, rus sülhməramlıları da Azərbaycan ərazisindədir. Azərbaycanın ərazi bütövlüyünü nəinki Qarabağ, hətta anklavlarla birgə tanıdığını Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan edib. Bu halda Rusiya sülhməramlı kontingenti hansı haqq-hüquq, hansı əxlaq, hansı düşüncə ilə öz bayrağının yanında Ermənistanın bayrağını qaldırıb?
Rusiya sülhməramlılarının həyasızlığı bununla da bitmir, hələ separatçı-terrorçuların əski parçasını da özlərinə layiq bilirlər, öz bayraqlarının yanında asırlar.
Qeyd edək ki, bu mənzərə sosial şəbəkələrdə də ciddi etirazla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Azərbaycan XİN-in Rusiya səfirliyini çağıraraq, ona nota təqdim etməsinin, bu məsələyə dövlətimizin kəskin reaksiyasının vacibliyini bildirirlər.
Bu, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin mahiyyətini açan bir detaldır və buna görə də rus sülhməramlıların vaxtından tez ölkəmizi tərk etməsi üçün petisiya da başladıla bilər.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi