Sakit okean regionunda bu il dördüncü tropik qasırğa olan “Talim” Honkonqa və Tayvana yaxınlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə Honkonq Meteoroloji Rəsədxanası məlumat yayıb.
Qasırğa Cənubi Çin dənizində yaranıb. Honkonqdan və Tayvandan 500 kilometr məsafədə olan “Talim” şimal-qərb istiqamətində hərəkət edir.
Sinoptiklərin proqnozlarına görə, qasırğa bu ərazilərə leysan və tufan gətirəcək, daha sonra Çinin cənubundakı Haynan və Quanqdonq əyalətlərinə doğru yönələcək.
Honkonqda güclü yağışlar şənbə günü gecə başlayıb. Şəhər hakimiyyəti tufan xəbərdarlığı edib.
“Talim” saatda 14 kilometr sürətlə hərəkət edir.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi