Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalı iyulun 15-də təntənəli bağlanış mərasimi ilə başa çatıb.
Kult.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib və iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə festivalda uğurla çıxış edib.
Tamaşa festivalın beynəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və münsiflərin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.
Festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edib.
Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi