2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan 2023-cü ilin may ayının sonuna qədər ümumilikdə Rusiya tərəfindən ölənlərin sayı 47 min nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Meduza”da nəşr olunan məqalədə bildirilir.
Məlumata görə, hesablama üçün miras hallarının reyestrindən və "Rosstat"ın ölümlə bağlı rəsmi məlumatlarından istifadə edilib:
"Mümkün qədər dəqiq desək, 95% ehtimalla, ölənlərin sayı 40-55 min arasındadır. Ağır yaralananlar və işdən çıxarılanlar da daxil olmaqla, Rusiya Silahlı Qüvvələrinin bərpaolunmaz itkilərinin ümumi sayı ən azı 125 min nəfər ola bilər”.
Həmçinin bildirilib ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya Müdafiə Nazirliyi itkilərini hər cəhdlə gizlətməyə çalışır.
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı