“Kontakt” mağazalar şəbəkəsinin çox sevilən “Şeş-qoşa” kampaniyası alıcıları qazandırmağa davam edir.
BUTA.TV xəbər verir ki, artıq minlərlə “Kontakt” müştərisi kampaniyada iştirak edərək aldıqları məhsulun 100%-dək dəyərini geri qazanıblar. Superpriz “Volkswagen ID.4” elektromobili isə artıq ilk sahibini tapıb. Belə ki, Qəbələ rayonundan olan Gülarə Cəlalova 2 həftə öncə baş tutan finalda “şeş-qoşa” ataraq elektromobil qazanıb. Toplam olaraq kampaniya çərçivəsində isə 250 843 manatlıq uduş əldə olunub.
Ötən şənbə daha 6 nəfər kampaniya iştirakçısı həftənin finalına qədər yüksəlib. Onlar “Volkswagen ID.4” uğrunda son dəfə zər atıblar. Finalçılardan 2-si 5/1, digərləri isə 6/4, 3/2, 5/5 və 4/3 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “şeş qoşa” (6/6) ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər.
Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, kampaniya bitmədən istənilən “Kontakt” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:
“Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
Ən əsası isə, şeş-qoşa ataraq, “Volkswagen ID.4” elektromobilini pulsuz aparın!
Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.
Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı