Bakı metropolitenində qatarda nasazlıq səbəbiylə sərnişinlər qatara daxil ola bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, qatar vaqonunun qapıları sürətlə açılıb bağlandığı üçün düşüb-minməkdə çətinlik yaranıb.
Mələsə ilə bağlı saytımıza açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, hadisə sərnişin müdaxiləsi nəticəsində baş verib:
“Xətdə hərəkət edən vaqonların birində qapılarda sinxronluq bitib və sərnişinlər qatara daxil ola bilməyib. Lakin qatar stansiyadan yola düşdükdən sonra digər stansiyalarda problem yaranmayıb. Bununla belə metro qaydalarına uyğun olaraq həmin qatar təkrar yoxlanılması üçün depoya verilib və xəttə ehtiyat qatar buraxılıb. Qısa müddətdən sonra qatarda problem olmadığı müəyyən edilib və həmin qatar yenidən fəaliyyətini davam etdirib”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi