İyulun 16-ı gecə saatlarında Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin Şəhrdari meydanında vətəndaşlarla hökumət məmurları arasında toqquşma olub.
BUTA.TV xəbər verir ki, gərginlik patrul əməkdaşlarının məcburi hicab qaydalarını pozan 3 qadını həbs etməyə çalışmasından sonra baş verib.
Hökumət məmurları qadınların polis maşınlarına mindirilməsinin qarşısını alanlara gözyaşardıcı qaz tətbiq ediblər. Bundan sonra rəştlilər “Diktatora ölüm”, “Xameneiyə ölüm” şüarları səsləndirib.
Toqquşma zamanı bir neçə nəfərin həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilib.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Naxçıvana 1 metrdən çox qar yağdı
- Sabahın hava proqnozu açıqlandı
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi