Şənbə günü “Kapital Bank”ın Salyan rayonunda yerləşən bankomatlarından birində təqaüdlərin alınması mümkün olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Mələsə ilə bağlı saytımıza açıqlama verən “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, sözügedən bankomatda pul olsa da, texniki problemə görə nağdlaşdırmaq imkanı məhdudlaşıb:
“Problemi həll etmək üçün sözügedən bankomata təcili təmir briqadası yollanıb və bu problem növbəti günün axşamı həll olunub. Bu gündən bankomat aktiv şəkildə fəaliyyətini davam etdirir”.
- Yaz Azərbaycana bu saatda daxil olacaq
- Qadınların idarəçilikdə artan rolu... - Qafarov
- Bir ildə işlə təmin olunan qadınların sayı...
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...