ABŞ gəmiçiliyi qorumaq üçün Hörmüz boğazına esmines və qırıcılar göndərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
“Hörmüz boğazında son zamanlar baş verən narahatlıq doğuran hadisələr görə, müdafiə naziri ora USS Thomas Hudnes esminesi və F-16 ilə F-35 qırıcılarını göndərməyi əmr edib”, - deyə Sinqx bildirib.
Onun sözlərinə görə, hərbi gəmi ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq üçün Pentaqonun Mərkəzi Komandanlığının məsuliyyət zonasına gedəcək.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto