Rusiya hərbçiləri Kupyansk istiqamətində hücuma keçib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Sırski qeyd edib ki, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır:
"Baxmut bölgəsində qoşunlarımızın hücum hərəkətlərinin qarşısını almaq üçün düşmən bu istiqamətə fəal surətdə əlavə qüvvə və vasitələr göndərir. Onların əsasını hava-desant qüvvələrinin bölmələri təşkil edir.
Eyni zamanda, düşmən Kupyansk istiqamətində hücuma keçib və qarşısına qoşunlarımızı darmadağın etməyi və döyüş birləşmələrimizin dərinliklərinə doğru hücumu davam etdirməyi qarşısına məqsəd qoyub".
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto