Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9,2 mindən çox dinc sakin həlak olub.
BUTA.TV xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.
Onun sözlərinə görə, ölən 9 287 nəfərin 537-si uşaqdır:
“Münaqişə nəticəsində 16 384 nəfər yaralanıb, o cümlədən 1 117 uşaq. Bu rəqəmlər yalnız təsdiqlənmiş halları əhatə edir. Ölən və yaralıların real sayı xeyli çoxdur”.
O, həmçinin bildirib ki, ukraynalı qaçqınların sayı 6,3 milyon, məcburi köçkünlər isə 5,1 milyon nəfər təşkil edib.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto