Ötən həftə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi bəyanat yayıb ki, məxfi əməliyyat-axtarış kompleksi tədbirləri nəticəsində ölkənin Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin yeni qanunsuz əməlləri barədə faktiki məlumatlar əldə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“İstintaq orqanı Ermənistan Müdafiə Nazirliyində cinayətkar birlik aşkar edib, onun üzvləri, yəni zabitlər pul müqabilində əsgərlərin yerlərini dəyişiblər. Bu, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin açıqladığı yeganə hal deyil. Ararat bölgəsində daha bir dəstə ifşa olunub”, - məlumatda deyilir.
Nəşr Ermənistan ordusunun zabitlərinin yeni həbsləri barədə anons verib.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto