Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərindəki separatçı-terrorçu ermənilərin ötən gündən başlatdığı “oturaq aksiya”dan “gecə görüntüsü” yayılıb.
BUTA.TV xəbər verir ki, fotoları separatçı-terrorçu dəstənin “dövlət naziri” kimi özünü təqdim etməyə çalışan Qurgen Nersisyan tirajlayıb.
Bu fotolar əslində Xankəndidə yaşayan ermənilərin sayı, başlayan şou-təbliğata onların reaksiyası haqda tam dolğun təsəvvür yaradır.
Yay vaxtı, havanın xoş olmasına baxmayaraq, nədənsə “ac ermənilər” “oturaq aksiya” adı ilə separatçıların şousunda iştiraka maraqlı deyillər. Əks halda ən azı “gecə gəzintisinə” çıxanlar Xankəndinin mərkəzi meydanına görüntü naminə gələrdi.
Bu, əslində Xankəndidə Rusiyanın təkidi ilə erməni separatçı-terrorçu dəstəsinin başlatdığı şounun fiaskosudur.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto