Moskva tərəfindən Qarabağa göndərilən separatçı Ruben Vardanyan sosial şəbəkələrdə əlində Eynşteyn kitabını tutaraq və üzərində “Bir qaçqının ölkəsinə gətirdiyi tək şey çanta və ya əşya deyil” yazılmış köynək geyindiyi videosunu paylaşan Ermənistanın Baş nazirinin arvadı Anna Akopyanı tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” erməni mediasına istinadən məlumat yayıb.
“Ümid etməyin, xanım Akopyan, arzunuz gerçəkləşməyəcək. Biz qaçqın olmayacaq, “öz torpağımızda” yaşayacağıq, anamın canına and olsun”, - Vardanyan bildirib.
Qeyd edək ki, Anna Akopyanın sözügedən köynəklə paylaşdığı foto ciddi müzakirələr doğurub.
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq
- İranın Milli Müdafiə Universitetinə zərbələr endirildi - Video
- Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edildi - Foto