Kolumbiyanın mərkəzində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə siyasətçi həlak olub.
BUTA.TV xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı “Cessna 210”da olan keçmiş senator, 4 siyasətçi və pilot həyatını itirib.
Yerli hakimiyyət orqanları Villavisensio şəhərindən paytaxt Boqotaya doğru havaya qalxan kiçik mühərrikli təyyarənin Boyaca inzibati regionunda qəzaya uğradığını bildirib.
Səlahiyyətli şəxslər, ölən 5 nəfərin 2013-cü ildə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez tərəfindən qurulan Demokratik Mərkəz Partiyasının üzvləri olduğunu qeyd ediblər. Ölənlərdən birinin 2014-2018-ci illərdə senator olmuş 55 yaşlı Nohora Tovar olduğu bildirilir. Tovar Kolumbiyanın Dominikan Respublikası və Haitidəki səfiri vəzifələrində çalışıb.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq