Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya çatdıracaq kabelin çəkilməsi çox mühüm əhəmiyyət kəsb edən bir layihədir.
BUTA.TV xəbər verir ki, bu fikir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze ilə Dünya Bankının regional direktoru Koen Devids arasında keçirilən görüşdə səsləndirilib.
Görüşdə Qara dəniz kabeli ilə bağlı tədqiqatların davam etdirildiyi vurğulanıb və bu layihənin Gürcüstanın enerji gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Bildirilib ki, Avropa Birliyi Qara dəniz üzərindən sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı Qara dənizin dibinin ətraflı tədqiqi üçün Gürcüstana əlavə 75 milyon dollar ayıracağına söz verib.
Həyata keçiriləcəyi təqdirdə, 1195 km uzunluğunda kabel (1100 km sualtı və 95 km quru) Gürcüstanı Şərqi Balkanlara birləşdirəcək və Cənubi Qafqaz və Avropaya genişlənmiş ixrac imkanlarından yararlanmağa və saatlıq elektrik enerjisi bazarı qiymətləri ilə elektrik enerjisini idxal etməyə imkan verəcək.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq