Bir sıra rusiyalı milyarder, o cümlədən “Maqnit” şəbəkəsinin yaradıcısı Sergey Qalitski və “Eurochem”in yaradıcısı Andrey Melniçenko Ukrayna ilə müharibənin əleyhinədirlər. Lakin bu barədə açıq danışmaqdan çəkinirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri məşhur biznesmen, “Tinkoff” bankının sahibi Oleq Tinkov “Dojd” telekanalında deyib.
O bildirib ki, şəxsi söhbətlərdə həm Melniçenko, həm Qalitski, həm Abramoviçin həmkarları və s. hamısı eyni şeyi deyirdi:
“Amma mən ictimai yerlərdə tək danışırdım. Peşman deyiləm, sadəcə onlara yazığım gəlir. Onların hamısı qorxaqdır. Təbii ki, onların hamısı Putinə nifrət edir və müharibənin əleyhinədirlər. Amma onlar qorxularında deyə bilmir”.
Qeyd edək ki, ötən gün Böyük Britaniyanın Oleq Tinkova qarşı sanksiyaları ləğv etdiyi barədə məlumat yayılılıb. “Tinkoff” bankının təsisçisinin adı ölkənin Maliyyə Nazirliyinin saytında dərc olunan sanksiyalar siyahısından yoxa çıxıb.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq