Almaniyanın müdafiə naziri Boris Pistorius bazar günü İraqa planlaşdırılan səfərini təhlükəsizliklə əlaqədar olaraq ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Belə ki, iyulun 20-də etirazçılar İsveçin Bağdaddakı səfirliyinə soxularaq onu yandırdıqdan sonra Almaniya Federal Kriminal Polis İdarəsi Pistoriusun İraqa səfərinə qarşı çıxıb.
İdarə qeyd edib ki, bundan sonra da etirazların və vəziyyətin gərginləşməsini istisna etmək olmaz. Bundan əlavə, Almaniyanın Bağdaddakı nümayəndəliyinin əməkdaşlarının müdafiəsi ilə bağlı da qərar qəbul edilib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq