İyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyulun 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enərək iyulun 25-i gündüz saatlarında 25-28° isti olacaq.
İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq