Rusiya Prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko Sankt-Peterburqda görüş zamanı “Vaqner”in Polşa üçün təhdid yaratdığını deyiblər. “Vaqner” yaraqlılarının ciddi hücuma keçmək üçün lazım olan ağır silahları yoxdur. Bunu onların Belarus ərazisindəki bazasının peyk görüntüləri sübut edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Belarusdakı “Vaqner” yaraqlılarının Ukrayna və ya Polşaya ciddi hücum üçün ağır silahları yoxdur. Silahlı üsyana son qoyan Putin-Lukaşenko-Priqojin razılaşmasının şərti belə silahların vaqnerçilər tərəfindən Rusiya Müdafiə Nazirliyinə verilməsi olub. “Vaqner”in Tselidəki əsas bazasının peyk görüntüləri göstərir ki, orada park edilmiş avtomobillər əsasən yüzlərlə maşın, kiçik yük avtomobillər və təxminən 35 yarımqoşqudan ibarətdir. Minskdəki “Vaqner” qüvvələri mexanikləşdirilmiş maşınlarla yenidən təchiz olunmayana qədər Polşa və Ukraynaya heç bir hərbi təhlükə yaratmır”, - məlumatda deyilir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq