Bir müddət əvvəl Hövsan qəsəbəsində azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində naməlum şəxs idarə etdiyi mopedlə yolu keçən azyaşlı qızı vurub. Hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı edilən tibbi müdaxilədən sonra xilas edilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq