Bu gün istintaq müddətində 4 ay (3 ay 26 gün) müddətinə həbs edilən Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun qeydiyyatda olduğu evdən 40 min dollar tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.
Vəkilin sözlərinə görə, polis İbadoğlunun adına qeydiyyatda olan mənzildə 40 min dollar tapdığını bildirib və bundan sonra o, həbs edilib. Amma vəkil Qubad İbadoğlunun həmin ünvanda yaşamadığını və bu pulun Qubad İbadoğlu ilə heç bir əlaqəsi olmadığını bildirib.
Qeyd edək ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 8-12 il müddətinə həbs cəzasını nəzərdə tutur.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq