Bu ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
BUTA.TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O bildirib ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.
Qeyd olunub ki, həmin müddətdə 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Tofiq Heydərov 20 min manat cərimələndi
- Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi - Video
- Bakıya yağış yağacaq