Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış. Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb.
Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir.
İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub.
Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto