Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 18-nə keçən gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.
Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik müəyyənləşməyib. N.İsgəndərovanın mütəmadi olaraq idman zalına getdiyi və buna dair görüntüləri sosial şəbəkə səhifəsində paylaşması məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.
***
Oxu.Az-ın məlumatına görə, Nərmin bir neçə gün əvvəl bədənşəkilləndirmə əməliyyatı etdirib. Daha sonra onun vəziyyəti pisləşib.


- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto