Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
“BUTA.TV”nun məlumatına görə, burada ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir. Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasını və “Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar.
Görünür, bu adlar üçün təkcə sadəcə, özlərinin reklamları və bu reklamdan əldə edəcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki?
Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar.
Qeyd edək ki, bu gün DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da tərbiyəsizliyi təbliğ edən bu tip yarışların iştirakçıları və bu “layihə”lərdən birinin rəhbəri Azər Zahid saxlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Emin Səfərov

- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto