Türkiyə təyyarənin vurulmasını araşdırmaq məqsədilə Azərbaycana 8 nəfərlik istintaq qrupu göndərir. Ankaranın da araşdırmalara qoşulması təkcə türkiyəli mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etmək məqsədi daşımır, bu, həm də təyyarənin vurulduğunu gizlətməyə, istintaqın gedişinə təsir etməyə çalışan Rusiyaya Azərbaycanın yalnız olmadığı, eyni zamanda, Bakının geri çəkilməyəcəyi mesajının verilməsidir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlıq bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video