Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm".
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video