Azərbaycanda oğul anasını bıçaqladı

09:42 - 7 Mart 2026 - KRİMİNAL

 Azərbaycanda oğul anasını bıçaqladı

Samux rayonunda 46 yaşlı qadın bıçaqlanıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib. Məlumata görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.

Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol