Bu uşaqların cəza çəkən anaları ilə görüşü...

13:34 - 7 Mart 2026 - GÜNDƏM

 Bu uşaqların cəza çəkən anaları ilə görüşü...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

BUTA.TV xəbər verir ki, tədbir çərçivəsində Agentliyin uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.

Uşaqlar hazırladıqları hədiyyələri və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Sonra onların ifasında şeir, musiqi və rəqs nümunələri təqdim edilib və böyük maraqla qarşılanıb.

Proqram çərçivəsində təşkil olunan əyləncəli oyunlar görüşə rəngarənglik qatıb və xoş xatirələrlə yadda qalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol