Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub.
Bildirilib ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.
Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.
Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.
- Bakı metrosu iş rejimində dəyişiklik edir
- Avtobus zolaqlarında yeni xətlər: Nəyi ifadə edir? - Video
- Polis bu kişini axtarır - Foto
- Bu yollarda tıxac yarandı
- Bakı-Sumqayıt qatarının 9-11 maydakı hərəkət qrafiki açıqlandı
- Azərbaycanda yeni kanat yolunun inşasına başlanıldı - Video
- Qusarda bu şadlıq sarayı bağlandı - Video
- Azərbaycan diasporunun üzvü Fransada öldü - Foto