Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əmək haqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
BUTA.TV xəbər verir ki, yeni qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklər:
işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur. Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir.
Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.
Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır.
Qeyd edək ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin, ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əmək haqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib.
- Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
- Azərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldı
- Bu halda etibarsız nikah etibarlı sayıla bilər - Ali Məhkəmə
- “Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
- Rusiyanın HHM-i tükənib: Yalnız Moskva...
- Bu şəxslərə 700 manat birdəfəlik müavinət ödənilib
- Avtomobil qəzası bu kəndi qazsız qoydu
- Naxçıvan sakinlərinə pensiya ilə bağlı şad xəbər