WUF13-ün rəsmi loqosunun videosu yayımlanıb.
“BUTA.TV” xəbər verir ki, videoda loqo yalnız bir qrafik simvol deyil, Azərbaycanın tarixini, mədəniyyətini və Bakının müasir şəhər ruhunu bir araya gətirən vizual hekayə kimi təqdim olunur.
Loqonun əsas elementləri Azərbaycanın memarlıq ənənələrindən ilhamlanaraq hazırlanıb.
Videoda Azərbaycanın qədim memarlıq ənənələrində geniş istifadə olunan incə şəbəkə naxışları, Xəzər dənizinin dalğaları, Bakının külək ritmini əks etdirən elementlər, eləcə də, Qız Qalasının qədim silueti və Alov Qüllələrinin müasir görüntüsü öz əksini tapıb.
Vizual üslubda Azərbaycanın tarixi irsi və Bakının çağdaş şəhər ruhu vahid kompozisiyada birləşdirilib.
Hazırlanan dizayn şəhərin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqəni simvolizə edir və Bakının həm tarixi, həm də innovativ simasını ön plana çıxarır.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?