Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər?
BUTA.TV Yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı ARB TV-də yayımlanan“Günə doğru” verilişdə bildirib.
Millət vəkili bildirib ki, bu gün ailələrə sosial müavinət verilir: “Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında təqdim olunur. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real tətbiqi, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil. Ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.
Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi müzakirə olunur, jurnalistlər tərəfindən də səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il ərzində bununla tez-tez qarşılaşmamışam. Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil”.
- Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - Video
- Zakir Həsənov Ərdoğanla birgə təlimi izlədi - Foto
- “Azercell” beynəlxalq sertifikatına layiq görüldü
- Məryəm dünyanın ən məşhur şirkətlərindən birində çalışacaq
- Bakı-Tiflis qatarı: Lüks və komfort siniflər üzrə gediş haqqı...
- Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
- “CityNet” “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülüb
- “Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı