Ötən gün Gürcüstan parlamentinin “2023-cü ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərarı qüvvəyə minib. Qərara əsasən, respublikanın silahlı qüvvələrinin sayı 37 min nəfərlik kontingentlə məhdudlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
"Qərarda qeyd olunur ki, hərbi vəziyyət yarandıqda hərbçilərin sayı artırıla bilər. Burada Gürcüstan Müdafiə Nazirliyinin ehtiyatda olan əsgərləri və müvəqqəti heyət üzvləri nəzərə alınmır", - məlumatda deyilir.
Xatırladaq ki, Gürcüstan ordusunun sayı dövlət büdcəsi ilə eyni vaxtda parlamentdə hər il təsdiq edilməlidir.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi