ABŞ-ın "Mak Donalds" şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Məlumata görə, respublikada Amerika fast-fud restoranları şəbəkəsinin fəaliyyətinin mümkün dayandırılmasının əsas səbəblərindən biri məhsulların tədarükündəki fasilələrdir:
"Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan sonra "Mak Donalds" rəhbərliyi 24 "Mak Donalds" restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət kotletləri almağı qadağan edib. Şəbəkənin respublikadakı restoranlarının sahibkarı Kayrat Boranbayevin həbsdə olması işi daha da çətinləşdirir. O, martın ortalarında dövlət sektorunda xüsusilə külli miqdarda vəsaitin oğurlanması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb".
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi