Ağstafada üç bacı dəm qazından zəhərlənib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri olan bacılar - Nərmin Rasim qızı Məmmədova, Zeynəb Rasim qızı Məmmədova və Fatimə Rasim qızı Məmmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi