Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynadan Avropaya gələn qaçqınların sayı 7 milyon 915 min 287 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi saytında məlumat yayılıb.
BMT Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, təkcə son bir həftə ərzində məcburi köçkünlərin sayı 18 mindən çox artıb.
Qeyd edilir ki, 4,9 milyon qaçqın müvəqqəti müdafiə və dəstək proqramlarında iştirak edir. Ümumilikdə fevralın 24-dən bu yana 17 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə gedib, təxminən 9 milyon məcburi köçkün Ukraynaya qayıdıb.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi