Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan iki generalının həbs müddəti uzadılıb.
BUTA.TV xəbər verir ki, Səbail rayon məhkəməsində DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.
Prosesdə istintaq orqanının vəsatətləri təmin edilib, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri 3 ay uzadılıb.
Xatırladaq ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi