Türkiyəli siyasətçi, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan Türkiyədə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
BUTA.TV xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
“Partiyamızda məsləhətləşmələr aparılır, başa çatdıqdan sonra altı partiyanın masasında vəziyyətlə bağlı mövqeyimizi təqdim edəcəyik. Amma təbii ki, altı partiya mənim namizədliyimi dəstəkləsə, mən namizəd ola bilərəm”, - Babacan bildirib.
Qeyd edək ki, müxalif “Altılıq” koalisiyası Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası (DEVA) və Gələcək Partiyasından ibarətdir.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi gözlənilir. Ancaq seçkilərin maya çəkilməsi də müzakirə predmetidir.
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi