Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.
TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən səbəbilə zəhərlənib.
Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (4-nün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.
- WUF13-lə bağlı çəkilmiş zolaqlar qüvvədən düşür: Bu yoldan başqa
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycana qar yağdı
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?