Ukrayna ətrafında baş verənlərə görə Avropa dəhşətli vəziyyətə düşdü, çünki bundan əvvəl onun rifahı Rusiyadan gələn ucuz və sabit təchizat əsasında qurulmuşdu.
BUTA.TV xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida deyib.
Avropa onilliklər ərzində Rusiyadan sabit və ucuz enerji təchizatı əsasında həyat və istehsal haqqında düşünürdü. Amma Ukraynadakı münaqişə Avropanın gələcəyi ilə bağlı mənzərəni əsaslı şəkildə dəyişdi, vəziyyət ağırlaşıb”, - Kişida bildirib.
Onun sözlərinə görə, Yaponiya Yaxın Şərqdən gələn təchizatdan çox asılıdır və buna görə də Avropa ilə oxşar vəziyyətdədir:
“Coğrafi xüsusiyyətlərinə görə enerji idxalından asılı olan Yaponiya bərpa olunan və nüvə enerjisi də daxil olmaqla bütün mövcud imkanlardan istifadə etməlidir”.
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək
- Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
- Ali Məhkəməyə yeni hakimlər təyin olunur